YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Seçimimiz qalib xalqın qalib Lideri İlham Əliyevdir”

2024-cü il fevralın 7-də  ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Xaçmaz rayonu Nərəcan, Çinartala  kəndlərinin seçiciləri və tibb sahəsində çalışan seçicilərlə  görüş keçirilib.

Keçirilən görüşdə YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, təşviqat qrupunun üzvləri Səyyaf Tağıyev, Rafiq Qasımov, Murad Həbibov, Nazim Ağayev, Telman Museyibov, Abasyar Heydərov və şəhid atası Hacıağa Yəhyayev çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, YAP bu seçkilərə “ Qalib xalqın qalib Lideri” şüarı ilə gedir. Bildirilib ki,  Ümumilli Lider Heydər Əliyev  tərəfindən əsası qoyulan inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsində də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq respublikanın bütöv ərazilərində keçiriləcək prezident seçkiləri haqlı olaraq Zəfər seçkisi kimi dəyərləndirilir. 

Görüş zamanı natiqlər seçiciləri ölkəmizdə mühüm və böyük əhəmiyyət kəsb edən prezident seçkilərində fəal iştirak etməyə, daha parlaq gələcək naminə cənab  İlham Əliyevə səs verməyə çağırıblar.