YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan xalqı bir daha müdrik seçim edəcək

Şəmkirlilərin seçimi cənab İlham Əliyevdir!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Şəmkir rayonunun Keçili, Xuluf və Könüllü kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, şəhid atası Mehman Qəhrəmanov, təşviqat qrupunun üzvləri Hilal Məmmədov, Roza Orucova, Təhməz Mehtixanov, İbrahim İbrahimov, Zamir Güvəndiyev, Əyyub Dünyamalıyev çıxış ediblər.

Çıxışlarda bildirilib ki, 20 il öncə Azərbaycan xalqı müdrik seçim edərək Ulu Öndərin siyasi kursuna - dahi şəxsiyyətin layiqli davamçısı İlham Əliyevə səs verdi.  Cənab İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Müzəffər Ali Baş Komandan kimi adını əbədi olaraq tarixə yazdırdı. Bu baxımdan, natiqlər əsrə bərabər son 20 ili bənzəri olmayan uğur salnaməsi kimi qiymətləndirib, kənd sakinlərini Zəfər seçkisində cənab İlham Əliyevi dəstəkləməyə çağırıblar.