YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağcabədidə ilk dəfə səs verəcək seçicilərlə görüş keçirilib

2024-cü il  fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin  seçkiqabağı təşviqat kampaniyası çərçivəsində  yanvarın 18-də Ağcabədi rayonunda  ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.

Görüş Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə  YAP Ağcəbədi rayon təşkilatının  sədri Rövşən Əhmədov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev və təşviqat qrupunun üzvü Rövşən Bayramov çıxış ediblər. Natiqlər ölkəmizdə dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edib, Prezident İlham Əliyevin qayğısı sayəsində Azərbaycan gəncliyinin davamlı inkişaf yolunda olduğunu vurğulayıblar. Natiqlər ilk dəfə səs verəcək gəncləri 7 fevral seçkilərində qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səslənməsi ilə başa çatıb.  

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində rayonun Kəbirli və Mehrablı kəndlərində  də seçicilərlə görüş keçirilib.