YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Prezident İlham Əliyev gəncliyin ən böyük dostu və himayədarıdır”

Füzuli rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də Füzuli rayon təşkilatının qərargahında ilk dəfə səs verəcək gənc seçicilərlə görüş keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

 Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Görüşdə YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, təşviqat qrupunun üzvləri Mirsabir Hüseynov, Elnarə Məmmədova çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir.

Natiqlər gəncləri 7 fevral seçkilərində qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə sona çatıb.

Qeyd edək ki, rayonun Kərimbəyli, Aşağı Yağlıvənd, Bala Bəhmənli, Mahmudlu-1 kəndlərində də seçicilərlə görüş keçirilib.

DİGƏR Xəbərlər Arxiv