YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnkişafın təminatçısı

Mingəçevir seçicilərlə görüşlər uğurla davam edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də YAP Mingəçevir şəhər təşkilatında ağsaqqal və ziyalılarla, eyni zamanda, Niyazi, Mikayıl Müşfiq və Ordubadi küçələrində, Nəriman Nərimanov prospektində yaşayan seçicilərlə görüş keçirilib.

Əvvəlcə  Ulu Öndərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Dövlət Himni səsləndirilib.

Görüşlərdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Milli Məclisin deputatı Aydın Mirzəzadə, təşviqat qrupunun üzvləri Akif Hacıyev, Mustafa Muradov, Rizvan Mikayıllı, Ədalət Quliyeva, Nizami İsmayılov və Mahir Mürsəlov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimiz üçün gələcək hədəflərin reallaşması müstəsna əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev bundan sonra da uzun illər Azərbaycanın inkişafına, dövlətimizin daha da qüdrətlənməsinə xidmət edəcək.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.