YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqımız cənab İlham Əliyevə güclü dəstək nümayiş etdirir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də Goranboy rayonunun Nadirkənd və Şadılı kəndlərində yaşayan seçicilərlə görüş keçirilib.

Görüşlərdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi anılıb.

Çıxış edən YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, təşviqat qrupunun üzvləri Kəmalə İsmayılova, Azad Əhmədov, İlhamə Qasımova, Əzra Həşimova, Solmaz Baxşəliyeva, Rəddin Məmmədov və Vətən müharibəsi qazisi Ruslan Əmrahov Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə əldə etdiyi uğurlardan geniş söhbət açıblar.

Seçicilər isə fevralın 7-də yekdilliklə cənab İlham Heydər oğlu Əliyevə səs verəcəklərini bildiriblər.