YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samux sakinləri seçimlərini ediblər

Samuxda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası yanvarın 18-də YAP Samux rayon təşkilatında ziyalılar, ağsaqqallar, gənclər, idmançılarla görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib.

Görüşdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, YAP Gənclər Birliyinin üzvü Fərid Dünyamalıyev, təşviqat qrupunun üzvləri Sevinc Xəlilova, Maviyyə Hüseynova, Ələsgər Əliyev, Namiq Cəfərov, Gəray Bayramov, Fidayıl Əliyev, Nuranə Həsənova, Rəhim Məmmədov, Mehman Əliyev və Azər Əhmədov çıxış ediblər.

Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasının müstəqillik tariximizin ən mühüm hadisəsi olduğu diqqətə çatdırılıb.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində rayonun Qovlarsarı kəndində və Samux şəhərində də seçicilərlə görüşlər keçirilib.