YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beyləqan rayonunda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də Beyləqan şəhərində, rayonun Bahar qəsəbəsində, Aşıqalılar və Əhmədli kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, təşviqat qrupunun üzvləri Zakir Orucov, Azim Kərimov, Mətanət Əliyeva, şəhid atası Habil Hüseynov, qazi Məhərrəm Məhərrəmov və başqaları çıxış ediblər. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Diqqətə çatdırılıb ki,  Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf konsepsiyaları Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Azərbaycan Respublikası son 20 ildə möhtəşəm uğurlara imza atıb. Təbii ki, bu uğurların zirvəsində işğal altındakı torpaqlarımı­zın azad olunması, ərazi bütövlü­yümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır.

Natiqlər seçiciləri 7 fevralda məntəqələrə gələrək Azərbaycana tarixi Zəfər bəxş etmiş qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

Qeyd edək ki, kampaniya çərçivəsində həmçinin Beyləqan şəhərində məhəllə görüşləri keçirilib, eləcə də Təzəkənd kəndində şəhid ailələri ilə ziyarət olunub.