YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Güclü Lider!

Göygöl rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də Göygöl rayonunun Quşçu, Qarabulaq və Sarısu kəndlərində seçicilərlə görüşlər keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Daha sonra YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu, təşviqat qrupunun üzvləri Əmirxan Mövlayev və Yeganə İsgəndərova çıxış edərək cənab İlham Əliyevin ölkəni inkişafdan Zəfərə yüksəltdiyini vurğulayıblar.

Qeyd olunub ki, qədirbilən xalqımız Prezident İlham Əliyevə hər zaman etimad göstərməklə ölkəmizdə görülən misilsiz işləri, uğurlu daxili və xarici siyasəti, peşəkar idarəçiliyi yüksək qiymətləndirirlər.

Seçicilər yeganə seçimlərinin cənab İlham Əliyevin olduğunu bəyan edərək onun rəhbərliyi altında Azərbaycan xalqının yeni-yeni zəfərlərə imza atacağına əminliklərini ifadə ediblər.

Görüşlərin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.