YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İmişli seçiciləri ölkənin tərəqqisinə səs verəcəklər

İmişli rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də İmişli rayonunun Boşçalılar və Sarıxanlı kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, şəhid ataları Zahid Əsədov, Rafiq Musayev, təşviqat qrupunun üzvləri Novruz Quliyev, Saleh Səmədov, Səlim Məhərrəmov, İsrəfil Quliyev, Səadət Mustafayeva, Aqil İsmayılzadə və Nizami Məmmədov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, son iyirmi il Azərbaycanın dövlətçi­lik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. Ölkə həya­tının bütün sahələrində böyük uğurlar, misilsiz qələbələr əldə edilib. Bütün bu nailiyyətlərin təməlin­də Ulu Öndərin başladığı və cənab İlham Əliyevin inamla davam etdirdiyi uzaqgörən daxili və xarici siyasət xətti dayanır.

Həmçinin o da qeyd olunub ki, son illər ərzində heç bir siyasi liderə cənab İlham Əliyev kimi öz dövlətinin milli maraqlarının müdafiəsi işinin öhdəsin­dən belə parlaq səviyyədə gəlmək nə­sib olmayıb.

Sonda çıxış edənlər ilk dəfə bütün Azərbaycan ərazisini əhatə edəcək Zəfər seçkisinin qalibinin cənab İlham Əliyevin olacağına əminlik ifadə ediblər.