YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zaqatalalılar ölkənin işıqlı sabahına səs verəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də Zaqatala rayonunun Maqov və Aşağı Çardaxlar kəndlərində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Zaqatala rayon təşkilatının sədr müavini Fərid Ramazanov, Milli Məclisin deputatı Kamilə Əliyeva, təşviqat qrupunun üzvləri Raqif Qasımov, Gülafət Əlixanova çıxış ediblər.

Çıxışlarda bildirilib ki, cənab İlham Əliyev ilk dəfə Azərbaycan Prezidenti seçildikdən sonra çevik islahatlar yolunu tutaraq ölkəmizin inkişafına hesablanmış mükəmməl proqramlar həyata keçirib. Həmin uğurlu proqramlar, strateji layihələr, beynəlxalq qurumlarla və xarici dövlətlərlə fəal əməkdaşlıq, güclü ordu quruculuğu torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnib.

Natiqlər seçiciləri səsvermə günü fəal olmağa çağırıblar.

Görüşün sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.