YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Azərbaycan üçün taleyüklü məsələləri həll edib

Siyəzən rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Siyəzən rayonunun Məşrif kəndində seçicilərlə görüş keçirilib.

Görüşlər Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra “Qalib xalqın qalib Lideri!” adlı videoçarx izlənilib.

YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov,  partiyanın Mərkəzi Təşviqat Qrupunun üzvü Fəxrəddin İsmayılov, şəhid atası Əlislam İsayev və digərləri çıxış edərək qeyd ediblər ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Natiqlər qarşıdan gələn prezident seçkilərində seçiciləri xalqımıza Zəfər sevinci yaşadan qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

Tədbirlər Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.