YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gələcək inkişaf konsepsiyası uğurla icra olunacaq

Siyəzən rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Siyəzən rayonunun Böyük Həmyə, Zarat və Sədan  kəndlərində seçicilərlə görüş keçirilib.

Əvvəlcə tədbirlərdə  Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Qalib xalqın qalib Lideri!” adlı videoçarx nümayiş etdirilib.

Görüşlərdə YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev, YAP Gənclər Birliyinin üzvü Ülviyyə Axundova, təşviqat qrupunun üzvü Nəcməddin Mürvətov, şəhid qardaşı Hüseynbala Heybətov və başqaları çıxış ediblər. Çıxışlarda Azərbaycan xalqının qarşıdan gələn seçkilərdə bir yumruq kimi birləşərək qalib Lider İlham Əliyevə səs verəcəyi əminliklə ifadə olunub.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.