YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cənab İlham Əliyev xalqın namizədidir

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində yanvar ayının 17-də Ağcabədi rayonunun Qaradolaq, Yeni Qaradolaq və Aran kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlərdə  YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, təşviqat qrupunun üzvləri Vaqif Qarayev, Xəzangül Qədimalıyeva, Radə Qafarova çıxış edərək Prezident İlham Əliyevin fəaliyyəti dövründə ölkəmizin misilsiz inkişafa nail olduğunu bildiriblər. Natiqlər seçiciləri qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

Öz növbəsində, seçicilər YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.

Görüşdən sonra YAP Ağcabədi rayon təşkilatının əməkdaşları Yeni Qaradolaq kəndində Vətən müharibəsi şəhidi Hafiz Həziyevin ailəsini ziyarət ediblər.