YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vədlər bütünlüklə yerinə yetirilib

Səbail seçiciləri cənab İlham Əliyevin namizədliyini dəstəkləyirlər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Səbail rayonu Nicat Şükürlü küçəsində yaşayan seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, təşviqat qrupunun üzvləri Elnur Mirzəyev, Əhliman Qarayev və Yalçın Köçərli çıxış ediblər.

Çıxışlarda bildirilib ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti regionun lider dövlətinə çevrilməklə, son 20 ildə bütün sahələrdə dinamik inkişafa nail olub, insanların rifah halı daha da yaxşılaşıb. Bu istiqamətdə ardıcıl islahatlar davamlı olaraq həyata keçirilməkdədir.

Natiqlər bildiriblər ki, gələcək inkişaf konsepsiyasının uğurla icrası üçün növbəti dövrdə də cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etməsi olduqca zəruridir. Xalqımız daim dövlətimizin başçısının ətrafında sıx birləşməli, 7 fevralda keçiriləcək prezident seçkilərində bu möhtəşəm siyasətin davamına səs verməlidir.

Çıxış edən seçicilər ötən dövrdə həyata keçirilən dövlət siyasətini dəstəklədiklərini, seçkilərdə fəal iştirak edərək YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.