YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Etibarlı Lider

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Abşeron rayonunun Ceyranbatan qəsəbəsində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, təşviqat qrupunun üzvləri – şəhid anası Xatirə İsmayılova, Vahid Əliyev, Təyyubə Hüseynova, Fuad İbrahimov, qazi Süleyman Cəfərov və Əliyar Allahverdiyev  çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 20 il ərzində tarixinin ən qüdrətli mərhələsinə gəlib çatıb. Vurğulanıb ki, xalqımız öz Liderini zamanında düzgün seçib, İlham Heydər oğlu Əliyevə- bütün qələbələrin memarına inanıb. Bununla da Azərbaycan dövlətinin gələcəyi etibarlı Liderə etibar olunub.

Seçicilər qeyd ediblər ki, tariximizə Zəfər seçkiləri kimi düşəcək 7 fevral prezident seçkilərində müzəffər Ali Baş Komandan İlham Heydər oğlu Əliyevə səs verəcəklər.