YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Laçın rayonundan olan seçicilərlə səyyar görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Qaradağ rayonu ərazisində məskunlaşmış Laçın rayonundan olan seçicilərlə səyyar görüş keçirilib.

Görüşdə YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, təşviqat qrupunun üzvləri Ələmdar Şahverdiyev, Mikayıl Zeynalov, Elburus Nəsibov və İmamverdi İsmayılov çıxış edərək seçiciləri prezident seçkilərində qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.  

Daha sonra şəhid Vüqar Niftəliyevin ailəsi ziyarət olunub. Ziyarət zamanı şəhidin bacısı Nəsibə Şahverdiyeva ailəsi ilə birlikdə 7 fevral 2024-cü il tarixində seçki məntəqəsinə gedərək Azərbaycana möhtəşəm Zəfər yaşadan Lider İlham Əliyevə səs verəcəklərini qeyd edib.