YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Seçimimiz qalib xalqın qalib Lideri İlham Əliyevdir”

Fevral ayının 7-də ölkəmizdə keçiriləcək Prezident seçkiləri ilə əlaqədar YAP tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Xaçmaz rayonu Dədəli kənd seçiciləri və qadınlar ilə görüşlər keçirilib.

Dədəli kəndində keçirilən görüşdə YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, təşviqat qrupunun üzvləri Nazim Ağayev, Nadir Süleymanov, Abasyar Heydərov, Ramin Əzizov çıxış ediblər.

YAP Xaçmaz rayon təşkilatının qərargahında  qadınlarla keçirilən görüşdə YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov,  YAP İdarə heyətinin üzvləri Elnarə Akimova, Elnur Sadıqov, rayon seçki qərargahının üzvləri Sevinc Sədullayeva, Məhəbbət Zeynalova, Pakizə Mehdiyeva çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, YAP bu seçkilərə “ Qalib xalqın qalib Lideri” şüarı ilə gedir.

Əsası Ümumilli Lider Heydər Əliyev  tərəfindən qoyulan Azərbaycanın iqtisadi və siyasi inkişaf strategiyası YAP sədri İlham Əliyev tərəfindən inkişaf etdirərək həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edilib. Bildirilib ki, son 20 ildə Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb.  Kəndlərə torpaq sahiblərinə xüsusi diqqət və qayğı göstərilir. Məhsuldarlıq ildən ilə artır. Bu da ölkəmizin iqtisadi inkişafına  təkan verir.

Azərbaycan qadınının ölkəmizin inkişafında xüsusi payı vardır. Qadınlarımız bütün istiqamətlərdə çalışaraq ölkənin iqtisadi-siyasi həyatında fəal iştirak edirlər.

Cənab İlham Əliyev bütün vədlərini yerinə yetirib, hər bir Azərbaycanlının Prezidenti olduğunu təsdiqləyib. Ən böyük naliyyət misilsiz, möhtəşəm Zəfər isə Azərbaycanın suverenliyinin bərpa olunmasıdır.

Diqqətə çatdırılıb ki, bu seçkilər həmdə onunla əlamətdardır ki, müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq respublikanın bütöv ərazisində keçirilir. Haqlı olaraq bu seçkilər Zəfər seçkisi kimi dəyərləndirilir. Ölkəmizdə mühüm və böyük əhəmiyyət kəsb edən Prezident seçkilərinə hamı bir nəfər kimi məntəqlərə gələrək gələcəyimizə inkişafımıza Prezidentimiz İlham Əliyevə səs verməyə dəvət edilib.

Natiqlər seçiciləri 7 fevral Prezident seçkilərinə fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan YAP namizədi İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən  Məmmədrəsul Mərdəliyev, Telnaz Adıgözəlova seçicilər fevralın 7-də seçki məntəqələrinə gələrək qalib Lider, xalqımıza Zəfər sevincini yaşadan müzəffər sərkərdə,  xalqımızın böyük oğlu  İlham Əliyevə səs verəcəklərini bildiriblər.