YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Əliyev qələbə və uğurların simvolu kimi!

Qazaxda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Qazax rayonunda ilk dəfə səs verəcək gənclərlə və səhiyyə sahəsində çalışan seçicilərlə görüş keçirilib.

Görüşlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin komitə sədri Səməd Seyidov,  təşviqat qrupunun üzvləri Firdovsi Umudov, Akif Əmirov, Məmməd Yusifov, Pəri İbrahimova, Kamandar İbrahimov, Xatın Hüseynxanova, şəhid atası Qədir Əfəndiyev çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, cənab İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti Ona xalq arasında böyük rəğbət, sonsuz inam qazandırıb. Məhz bu keyfiyyətlərinə görə xalqımız 2003, 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində də cənab İlham Əliyevi öz müstəqil dövlətinə yenidən rəhbər seçib.

Natiqlər böyük əminliklə bildiriblər ki, qarşıdan gələn taleyüklü, çox mühüm və vacib siyasi kampaniya olan prezident seçkilərində səsvermə hüququ bütün vətəndaşlarımız fəal iştirak edəcək və həmişə olduğu kimi haqq-ədalətə, suveren Azərbaycanın xoş-firavan  gələcəyinə, cənab İlham Əliyevə  səs verəcəklər.

Görüşlər Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.