YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalq seçimi güclü lider İlham Əliyevdir!

Qax rayonunda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası yanvarın 17-də Qax rayonunun Əlibəyli kəndində Əlibəyli, İngiloy Kötüklü və İbaxlı kəndlərindən olan seçicilərlə görüş keçirilib.

Görüşə başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Görüşdə YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, təşviqat qrupunun üzvləri Maxare Aslamazaşvili, Rahin Əliyev, müharibə iştirakçısı Polad Seyidli çıxış ediblər.

Çıxış edənlər bir daha vurğulayıblar ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir, Qarabağda bərpa-quruculuq fəaliyyəti tam gücü ilə davam edir və sosial proqramlar həyata keçirilir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan tezliklə Qarabağı cənnətə çevirəcək.

Bildirilib ki, 7 fevral seçkiləri Azərbaycanın gələcək inkişafının formalaşmasında xüsusi əhəmiyyət kəsb edir. Odur ki, natiqlər seçiciləri xalqımıza, dövlətimizə qələbələr bəxş edən, qalib dövlətə çevirən İlham Əliyevə səs verməyə çağırıblar.

Görüşdə Əlibəyli, İngiloy Kötüklü və İbaxlı kənd seçiciləri həm cənab İlham Əliyevin, həm də Yeni Azərbaycan Partiyasının bundan sonra da dövlətimizin inkişafı və xalqın firavanlığı yolunda çox işlər görəcəyinə əmin olduqlarını bildiriblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.