YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Biləsuvarlıların seçimi İlhamlı gələcəkdir!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Biləsuvar rayonunun Ağayrı kəndində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, təşviqat qrupunun üzvləri Zakir Şahbazov, Rəfael Babayev və Fərhad Əhmədli çıxış ediblər.

Çıxış edənlər qeyd ediblər ki, Ulu Öndərin müəyyən etdiyi strategiyanı yeni çağırışlar şəraitində uğurla davam etdirən Prezident İlham Əliyev vətən və dövlət qarşısında müstəsna xidmətləri ilə xalqımızın tarixinə öz adını qızıl hərflərlə yazdırıb.

Məhz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasının dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri olduğu xüsusi qeyd olunub.

Qeyd edək ki, Biləsuvar rayonunun Günəşli kəndində də seçicilərlə görüş keçirilib. Görüşdə çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, təşviqat qrupunun üzvləri Balaqardaş Kazımov və Sakit Mirzəyev seçicilərə Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevi dəstəkləməklə bağlı çağırış ediblər.