YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncəlilər yekdilliklə İlham Əliyevi dəstəkləyirlər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Gəncə şəhərinin Natavan qəsəbəsinin, Təbriz, Ə.Əliyev, Əlövsət Məmmədov, C.Rəfibəyli, F.Bayramov, X.Rəfibəyli, N.Məmmədov küçələrində yaşayan  seçicilərlə görüşlər keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün təmin olunması uğrunda canlarından keçən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə, təşviqat qrupunun üzvləri Elgün Aslanov, Pərvin Nəzərəliyeva, Çinarə Səfərova, Asəf Həsənov, Vaqif Novruzov, Etibar Musayev, Vüsalə Veysəlova, Sevinc İsgəndərova və başqaları çıxış ediblər.

Çıxışlarda Azərbaycanın son 20 ildə böyük inkişaf yolu keçməsi diqqətə çatdırılıb, ölkəmizin qarşısında duran yeni perspektivlərdən bəhs edilib. Prezident İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin inkişafına, transmilli layihələrin reallaşdırılmasına və qlobal təhlükəsizlik məsələlərinə öz töhfəsini verən regional güc kimi qəbul edildiyi diqqətə çatdırılıb.

Görüşlərdə seçicilər  fevralın 7-də keçiriləcək prezident seçkilərində fəal iştirak etməyə çağırılıb.

Tədbirlər Yeni Azərbaycan Partiyasının Himninin sədaları altında yüksək əhval-ruhiyyədə başa çatıb.