YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdamlılar qələbələrimizin təminatçısı cənab İlham Əliyevi dəstəkləyir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də  Ağdam rayonu Çəmənli kənd Mədəniyyət evində Çəmənli, Sarıcalı və Şükürağalı kəndlərindən olan seçicilərlə növbəti görüş keçirilib.

Görüşdə YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, təşviqat qrupunun üzvləri  Natiq Cavadov,  Cəfər Mahmudov,  qazi  Şamil Əbilov çıxış ediblər.

Çıxışçılar Müzəffər Ali Baş Komandan İlham Əliyevin milli maraqlara əsaslanan siyasətinin hər bir azərbaycanlıda qürur hissi doğurduğunu, 2016-cı ilin aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində və 2023-cü il 19-20 sentyabr tarixlərində keçirilən antiterror tədbirlərində ordumuzun şanlı qələbəsinin məhz qətiyyətli siyasətin məntiqi nəticəsi olduğunu vurğulayıblar.

Seçicilərlə görüş zamanı qeyd olunub ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında bundan sonra da müstəqil Azərbaycanımız yeni hədəflərə doğru inamla addımlayacaq.

 Son olaraq natiqlər bütün qələbələrin təminatçısı, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.