YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Göyçaylıların seçimi xoşbəxt gələcəyimizin təminatçısı cənab İlham Əliyevdir”

2024 – cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17 – də Göyçay rayon Mallı-Şıxlı, Ərəbcəbirli, Potu, Ulaşlı-şıxlı, Üngütlü, Kürd kəndlərində yaşayan  seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, YAP Veteranlar Şurasının üzvü Nazim İsmayılov, şəhid atası Akif Kərimov, təşviqat qrupunun üzləri Nazir Əhmədov, Coşqun İsmayılov, Eldəniz Məmmədov, Pərviz Yahyalı çıxış ediblər.

Çıxışlarda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdiyi xüsusi vurğulanıb. Ölkəmizin son 20 ildə əldə etdiyi uğurlardan, nailiyyətlərdən, qazanılan tarixi Zəfərdən bəhs edilib.

Bildirilib ki,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız Azərbaycan tarixinin ən qüdrətli və parlaq dövrünü yaşayır. Ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub.

Diqqətə çatdırılıb ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və daha böyük zəfərlər naminə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər fevarlın 7-də seçki məntəqələrinə gedərək

xoşbəxt gələcəyimizin təminatçısı cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.