YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ordubad rayonunda gənclərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində  yanvarın 16-da Ordubad şəhər Mədəniyyət sarayında gənclərlə, o cümlədən idmançılarla görüş keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə Yeni Azərbaycan Partiyası Ordubad rayon təşkilatının sədri  Ehtibar İsmayılov, təşviqat qrupunun üzvləri Nuriyyə Hüseynova, Ramil Nəbiyev, Bəylər Xanlarov və Əmrah Nağıyev çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri“ şüarı ilə gedir. Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edilib. Bildirilib ki, bu gün də məhz Ümummilli Lider Heydər Əliyevin yaratdığı güclü təməllər üzərində dövlət başçısı müasir, müstəqil, suveren, yeni, bütöv Azərbaycan qurub. Nəyi, nə vaxt və necə edəcəyini yaxşı bilən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci ilin sentyabrında bir çağrışı ilə bütün xalq ayağa qalxdı. Rəhbər-xalq-ordu birliyi cəmi 44 gün ərzində böyük Zəfərə imza atdı. Qalib Azərbaycan çoxəsirlik tarixinin Zəfər seçkisini keçirəcək.

Çıxışlarda gənclərə, idmançılara göstərilən diqqət və qayğı, onlar üçün yaradılan imkanlar seçicilərin diqqətinə çatdırılıb.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində hamılıqla  məntəqələrə gəlib qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.