YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sözü imzası qədər keçərli olan Müzəffər Ali Baş Komandan

Sabirabad rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Sabirabad rayonunun Əhmədabad, Qaratəpə və Nərimankənd kəndində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ramin Məmmədov, təşviqat qrupunun üzvləri Telman Mirzəyev, Fəzail Cəfərov, Faiq Hüseynov, Tursun Əzizov, Telman Qurbanov, Əlifağa Nadirov, Gülnar Hüseynova və Ərzuman Babaşov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, bizim əldə etdiyimiz bütün uğurların təməlində xalqımızın böyük oğlu Ulu Öndər Heydər Əliyevin dəqiqliklə işləyib hazırladığı ümumi strategiya və müdrik siyasi kurs dayanır. Prezident İlham Əliyevin bu strategiyanı uğurla reallaşdırması, müstəsna bacarıq və qabiliyyəti, Azərbaycanda və dünyada baş verən proseslərə təsir etmək səriştəsi cənab İlham Əliyevin fenomal şəxsiyyət olduğunu göstərir.

Bildirilib ki, Prezident İlham Əliyev hadisələrin axarını dəyişməyə qadir, dövlətçilik fəaliyyətində milli maraqları ali məqsəd kimi görən və bütün qüvvəsini bu işə həsr edən, xalqın birmənalı şəkildə dəstəklədiyi və etimad göstərdiyi Liderdir.

Daha sonra natiqlər seçiciləri 7 fevral prezident seçkilərində qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.