YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Qüdrətli Azərbaycana səs verək!”

Şahbuz rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Şahbuz rayonunun Badamlı qəsəbəsində və Türkeş kəndində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Şahbuz rayon seçki qərargahının sədri Rizvan Məmmədov, təşviqat qrupunun üzvləri Elminə Məmmədova, Hilal Paşayev, Vidadi Həmzəyev, Azadə Mürşüdova və başqaları çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, müstəqilliyini ilbəil möhkəmləndirən Azərbaycan dövlətinin tarixində Prezident İlham Əliyevin qızıl hərflərlə yazdığı şanlı səhifələrin sayı artmaqdadır. Son illərdə qazanılan uğurların zirvəsində isə işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi yazıldı.

Bu mənada, natiqlər əminliklə ifadə ediblər ki, Azərbaycan vətəndaşları prezident seçkilərində cənab İlham Əliyevi dəstəkləməklə sabitliyə, əmin-amanlığa, tərəqqi və quruculuğa səs verəcəklər.