YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samux rayonunda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Samux rayonunun Ziyadlı kəndində və İstixana qəsəbəsində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, təşviqat qrupunun üzvləri Fidayıl Əliyev, Ələsgər Əliyev, Rəhim Məmmədov, Azər Əhmədov, Mirzəmməd Orucov və İlahə Qurbanova çıxış ediblər. Çıxışlarda Yeni Azərbaycan Partiyasının 7 fevral tarixində keçiriləcək seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə getdiyi qeyd olunub.  Natiqlər son 20 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın möhtəşəm nailiyyətlər qazanmasından, ölkəmizin davamlı inkişafından, regionda güc mərkəzinə çevrilməsindən bəhs ediblər. Bildirilib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, xarici siyasət sahəsində də möhtəşəm nailiyyətlərə imza atılıb.

Çıxışlarda natiqlər həmçinin Azərbaycanın 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı parlaq Qələbədən, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam təmin olunmasından danışıblar.

Görüşlərdə çıxış edən natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib ölkənin qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüşlər zamanı çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək qalib xalqın Lideri, xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.