YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyəzən rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Siyəzən rayonunun Zarat Böyük Həmyə kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlərdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev, təşviqat qrupunun üzvləri Nəbi Əliyev, Nəcməddin Mürvətov, Rəhim Bağırov, şəhid ailəsinin üzvü Hüseynbala Heybətov çıxış ediblər. Çıxışlar zamanı Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edilib.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüşlərin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.