YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğurların zirvəsində...

Qubadlı rayonunda gənclər və idmançılarla görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da YAP Qubadlı rayon təşkilatının qərargahında gənclər, o cümlədən idmançılarla görüş keçirilib.

Görüşdə YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, YAP Təftiş Komissiyasının üzvü Badam Hüseynova, təşviqat qrupunun üzvləri Cavanşir Əliyev, Rəhminə Mehtiyeva, İlkanə Məmmədli və İkinci Qarabağ müharibəsi qazisi Sənan Həsənov çıxış ediblər.

Çıxışlarda cənab İlham Əliyevin ölkə gənclərinə, idmançılara göstərdiyi diqqət və qayğı, uğurlu idman siyasəti, gənclərin potensialından dövlətin mənafeyi naminə tam və düzgün istifadə olunmasından geniş bəhs olunub. Sağlam gəncliyin formalaşması üçün ölkə rəhbərliyi tərəfindən ardıcıl və sistemli tədbirlərin həyata keçirildiyi vurğulanıb. Diqqətə çatıdırılıb ki, gənclər siyasətinin hüquqi bazası əsasında bu sahədə əsas vəzifələr və istiqamətlər müəyyənləşdirilib.

Çıxış edənlər “Zəfər seçki”sində də partiyanın namizədi İlham Əliyevin qələbə qazanacağına əminliklərini ifadə ediblər. 

DİGƏR Xəbərlər Arxiv