YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ən şərəfli və qürurverici dövrünü yaşayır

Qazax rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Qazax rayonunun Qaymaqlı kəndində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin komitə sədri Səməd Seyidov, təşviqat qrupunun üzvləri Fərhad Qocamanov, Xasay Balayev, Kazım Kazımlı, şəhid atası Müqabil Məmmədov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, cənab İlham Əliyev dövlətimizin başçısı kimi 20 illik fəaliyyəti dövründə xalqa verdiyi bütün vədləri artıqlaması ilə yerinə yetirib. Bu gün qalib xalqın nümayəndələri olaraq tariximizin ən şərəfli və qürurverici dövrünü yaşayırıq. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanın qarşısında yeni geniş üfüqlər açılıb. Partiyanın namizədi İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daha böyük strateji hədəflərə doğru müzəffər addımlarla irəlilədiyi xüsusi vurğulanıb.

Sonda çıxış edən Qarabağ müharibəsi veteranı Azər Kazımov və digər seçicilər yekdilliklə qalib xalqın qalib Lideri cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.

DİGƏR Xəbərlər Arxiv