YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Qalib Azərbaycan xalqı qalib Liderinin yanında olacaq”

Füzuli rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Babı, Arayatılı, Mollaməhərrəmli kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, təşviqat qrupunun üzvləri Umud Mirzəyev, Almaz Həşimova, Rafael Zülfiqarov və şəhid anası Tamella Məmmədova çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, bu gün Azərbaycan beynəlxalq arenada qüdrətli ordusu, güclü iqtisadiyyatı ilə önəmli mövqe tutan, müstəqil xarici siyasət yürüdən qalib ölkəyə çevrilib. Yeni əsrin yeni lideri İlham Əliyev ötən 20 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada söz sahibi olan dövlətə çevirib.

Diqqətə çatdırılıb ki,  bu gün Azərbaycanın çağdaş tarixinin şanlı səhifələri yazılır. Cənab İlham Əliyevin gördüyü işlər, həyata keçirdiyi uğurlu siyasət onun bu seçkilərdə alternativsiz namizəd olduğunu bir daha təsdiqləyir. 

Görüşdə seçicilər dövlət başçısı İlham Əliyevin  yorulmaz və uğurlu siyasətini dəstəklədiklərini, budəfəki seçkilərdə də ona səs verəcəklərini ifadə ediblər.