YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğurlu sabaha- İlham Əliyevə səs verək

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Biləsuvar rayonunun Nəsimi kəndində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, şəhid atası Nadir Vəliyev, I Qarabağ müharibəsinin veteranı Seymur Qurbanov, təşviqat qrupunun üzvləri Zakir Baxşıyev, Qələmxan Novruzov, Kərəm Bayramov, Əjdər Niftiyev və Nadir Əliyev çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Azərbaycanın son 20 ildə inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Növbəti prezident seçkiləri Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin davam etməsini təmin edəcək və bizim gələcək nailiyyətlərimizi şərtləndirəcək. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması müasir tariximizin yeni dövrü hesab edilir. Yeni dövrün də qarşıya qoyduğu mühüm hədəflər var. Bu hədəflərə yalnız qalib xalqın lideri İlham Əliyevin sayəsində çatmaq mümkündür.

Çıxış edən seçicilər Prezident İlham Əliyevin Azərbaycan xalqına göstərdiyi diqqət və qayğıdan söz açıb, fevralın 7-də xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs  verəcəklərini bildiriblər.