YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qələbələrin qarantı Yeni Azərbaycan Partiyasının namizədidir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Beyləqan rayonunun Türklər qəsəbəsinin seçiciləri ilə görüş keçirilib.

Görüşdə YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, təşviqat qrupunun üzvləri Bayram Muradov, Bakir Həsənov, Elvin Məmmədov, qəsəbə sakinlərindən Əhmədalı Mürsəlov, Murad Məhəddinov, Mürsəl İlyasov, Saleh Feyzulov və Vətən müharibəsi iştirakçısı İbrahim Sarıyev çıxış ediblər.

Çıxışçılar Prezident İlham Əliyevin Azərbaycan dövlətçiliyi naminə həyata keçirdiyi misilsiz xidmətlərdən, həmçinin, ölkədə, xüsusilə də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda görülən quruculuq-abadlıq işlərindən və cəmiyyətimiz üçün bir sıra önəmli hadisələrdən danışıblar.

Qeyd edək ki, Beyləqan rayonunun Şəfəq qəsəbəsində də seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, təşviqat qrupunun üzvləri Bayram Muradov, Bakir Həsənov, Elvin Məmmədov, şəhid atası Hüseyn Yaqubov, Vətən müharibəsi qaziləri Namiq Aslanov, Hüseyn Səfərov və şəhid ailəsinin üzvü Firuzə Cəlilova çıxış edərək seçiciləri səsvermə günü fəal olmağa və YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.