YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Seçkilərdə cənab İlham Əliyevə səs verəcəyik”

Fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-də Gədəbəy rayonunun Çanaqçı, Nərimankənd, Moruxlu və Qoşabulaq kəndlərində seçicilərlə görüşlər keçirilib.

Tədbirdə Dövlət Himni səsləndirilib.

Görüşdə YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, təşviqat qrupunun üzvləri Pərviz Bayramov, Şakir Ələkbərov, Sahib Quliyev, Niyaz Qasımov, şəhid atası İman Məmmədov, Vətən müharibəsi iştirakçısı Yasin Məmmədov və başqaları çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, son 20 il Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Dövlətimizin başçısı İlham Əliyev xalqa verdiyi bütün vədləri yerinə yetirib, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsinə nail olub.

Görüşdə çıxış edən seçicilər fevralın 7-də Ulu Öndər Heydər Əliyevin siyasi kursunu yüksək səviyyədə həyata keçirən, Onun ideyalarını yaşadan Liderimiz cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsilə başa çatıb.