YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Söz ilə əməlin vəhdətini yaradan qalib Lider

Ağsu rayonunun Qaraqoyunlu və Növcü kəndlərində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvar ayının 16-da Ağsu rayonunun Qaraqoyunlu və Növcü kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev, YAP İdarə Heyətinin üzvü Amin İsmayılov, təşviqat qrupunun üzvləri Camaləddin Zeynalov, Günay İnayətova, Elnur Fərzəlizadə çıxış ediblər.

Çıxışlarda diqqətə çatdırılıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılmış tarixi Zəfəri ilə yeni reallıqlar yaradan Azərbaycan həm regionda, həm də dünya siyasətində yeniliklərə yol açır. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı belə güclü, qüdrətli, qalib, ərazi bütövlüyü və suverenliyi tam təmin edilən ölkənin vətəndaşı olduğu üçün xoşbəxtdir.

Bildirilib ki, bu gün ölkəmiz həyatının yeni dövrünü  yaşayır. Bu yeni dövr prezident seçkilərinin keçirilməsini bir zərurət kimi qarşıya qoydu. Bütün ölkə ərazisini əhatə edəcək bu seçkilər tariximizə Zəfər seçkiləri kimi yazılacaq. Əminik ki, xalqımız budəfəki seçkilərdə də düzgün qərar verərək qalib lider İlham Əliyevə səs verəcək.

Kənd sakinləridə 7 fevral tarixində səslərini cənab İlham Əliyevə verəcəklərini qətiyyətlə ifadə ediblər.