YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdam rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Ağdam rayonu Bənövşələr qəsəbəsi və Xındırıstan kəndlərində seçicilərlə növbəti görüş keçirilib.

Görüşdə YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, təşviqat qrupunun üzvləri Səyyarə Məmmədova, Nəsimi Əliyev, Ramil Səlimov, Rizvan Aslanov və Vətən müharibəsi qazisi Mehman Göyüşov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Zəfər seçkisi kimi tarixə düşəcək 7 fevral prezident seçkiləri ərazi bütövlüyümüz və suverenliyimizin tam təmin olunmasının daha bir göstəricisidir. Müstəqillik dövründə ilk dəfə olaraq bütün ölkə ərazisində seçkilərin keçirilməsi bu reallığı təsdiqləyir.

Bildirilib ki, Azərbaycanın dövlət müstəqilliyi dönməz və əbədiyyətə doğru istiqamətlənmiş prosesə çevrilib, ölkəmiz dünya birliyində mühüm mövqelərə nail olub. Cənab İlham Əliyev ölkə vətəndaşları qarşısında verdiyi bütün vədləri qeyd-şərtsiz yerinə yetirib, bütün dünya azərbaycanlılarının siyasi lideri olduğunu təsdiqləyib.

Sonda görüşün iştirakçıları cənab İlham Əliyevin Azərbaycan xalqı üçün gördüyü misilsiz işlərdən danışaraq qarşıdan gələn seçkilərdə YAP-ın namizədinin parlaq qələbə qazanacağına əminlik ifadə ediblər.