YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaş seçiciləri alternativsiz lider İlham Əliyevə səs verəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Ağdaş rayonunun Birinci Aral və Orta Ləki kəndlərində seçicilərlə görüşlər keçirilib.

Görüşdə YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov, şəhid atası Ayaz Vəliyev, təşviqat qrupunun üzvləri Qalib Həsənov, Sevgili İbrahimova, Könül Musayeva və Şamil Abdullayev çıxış ediblər.

Çıxışçılar Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun ölkəmizdə layiqincə davam etdirilməsi nəticəsində son 20 ildə əldə edilən möhtəşəm uğurlardan geniş söz açıblar. Qeyd edilib ki, Azərbaycan artıq öz ərazi bütövlüyünü və suverenliyini təmin etmiş, müstəqil və güclü iqtisadiyyata malik ölkədir.

Çıxışlar zamanı bu seçkilərin keçirilməsini şərtləndirən səbəblər də vurğulanıb. Müstəqillik dövründə indiyədək ölkəmizdə keçirilən həm prezident, həm parlament, həm də bələdiyyə seçkiləri heç vaxt bütün ölkə ərazisini əhatə etməyib. Bu seçkilər isə ilk dəfə bütün Azərbaycan ərazisini əhatə edəcək.

Sonda çıxış edən seçicilər fevralın 7-də keçiriləcək prezident seçkilərinin qalibinin cənab İlham Əliyevin olacağına əminlik ifadə ediblər.