YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalq seçimi qalib Lider İlham Əliyevdir!

Saatlı rayonunun Orta Muğan kəndində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Saatlı rayonu Orta Muğan kəndində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev, Vətən Müharibəsi qazisi Sürət Ağayev, təşviqat qrupunun üzvləri Daşdəmir Ulfanov və Vüsalə Həsrətova çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin Azərbaycan dövlətinə rəhbərlik etdiyi dövrdə qazanılan uğurlardan bəhs edilib. Qeyd olunub ki, son 20 ildə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artıb. Vətəndaşlarımızın hüquq və azadlıqlarının qorunması, demokratik dəyərlərin daha da dərinləşdirilməsi üçün böyük işlər görülüb. Eyni zamanda, Prezident İlham Əliyevin xalqın alternativsiz lideri olduğu vurğulanıb.

Görüşdə çıxış edən seçicilər səsvermə günü yekdilliklə cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.