YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cənab İlham Əliyevlə daha aydın sabahlara doğru

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Masallı rayonunun  Mahmudavar inzibati ərazi vahidinə daxil olan Rüdəkənar, Molalan və Həsənli inzibati ərazi vahidinə daxil olan Məmmədxanlı, Köçəkli, Təkdam kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Mahmudavar kəndində keçirilən görüşdə ilk öncə kəndin mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzüblər.

Görüşlərdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, təşviqat qrupunun üzvləri Qardaş Fətullayev, Əntiqə Tağıyeva, Səfalı Paşayev və Ceyhun Qurbanov çıxış ediblər. Çıxışlarda qeyd edilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 gün ərzində düşməni məğlub edərək ərazi bütövlüyümüzü bərpa edib. Bunun nəticəsi olaraq seçkilər ilk dəfə Azərbaycanın bütün ərazilərində keçiriləcək.

Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan bütün istiqamətlərdə qazandığı böyük uğurlarla dünya dövlətləri arasında layiqli yer tutub.

Çıxış edən seçicilər isə Prezident İlham Əliyevin Azərbaycan xalqına göstərdiyi diqqət və qayğıdan söz açıb, fevralın 7-də xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs  verəcəklərini bildiriblər.