YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səbail seçiciləri cənab İlham Əliyevin namizədliyini dəstəkləyirlər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Səbail rayonu “Yüzbəy Mürsəlov 19” ünvanında sakinlərlə görüş keçirilib. Görüşdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, təşviqat qrupunun üzvləri Könül Təhməzova və Elçin Əhmədov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, son 20 il Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderliyi, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub.

Natiqlər bildiriblər ki, gələcək inkişaf konsepsiyasının uğurla icrası üçün növbəti dövrdə də cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etməsi olduqca zəruridir. Xalqımız daim dövlətimizin başçısının ətrafında sıx birləşməli, 7 fevralda keçiriləcək prezident seçkilərində bu möhtəşəm siyasətin davamına səs verməlidir.

Çıxış edən seçicilər ötən dövrdə həyata keçirilən dövlət siyasətini dəstəklədiklərini, seçkilərdə fəal iştirak edərək YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.