YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ucar ictimaiyyəti Prezident İlham Əliyevin siyasətini dəstəkləyir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Ucar rayon Qaradağlı kənd Folklor evində Qaradağlı və Çiyni kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Görüşdə YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, təşviqat qrupunun üzvləri Mirzalı Ağamalıyev, Yusif Məmmədov və Yaqut Zeynalova çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, cənab İlham Əliyev bütün sahələrdə Ulu Öndər ideyalarının layiqli davamçısı olduğunu hələ Prezident seçilməmişdən əvvəl də yeni neft strategiyasının həyata keçirilməsinə, Milli Məclisin deputatı və Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri kimi beynəlxalq təşkilatlarla əlaqələrimizin inkişafına, Azərbaycan idmanının yüksəlişinə verdiyi töhfələrlə də sübuta yetirib.

Bildirilib ki, son illər Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş hadisələr yaşanıb. Ən böyük uğurumuz isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasıdır. Bu uğurların, zəfərlərin fonunda Azərbaycan xalqının seçimi məhz cənab İlham Əliyevdir.

Görüşdə çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək  hamılıqla YAP-ın namizədi İlham Əliyevə səs verəcəklərini bildiriblər.