YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni hədəflərə doğru inamla irəli

Səbaildə seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Bakı şəhəri Səbail rayonu “Üzeyir Hacıbəyov 10/12” və “Qafur Məmmədov” ünvanlarında seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, təşviqat qrupunun üzvləri çıxış ediblər.

Çıxışçılar Azərbaycanda fevralın 7-də prezident seçkilərinin keçirilməsini ciddi siyasi hadisə kimi qiymətləndirib, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində Azərbaycanın qazandığı nailiyyətlərə diqqət çəkiblər. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan ərazi bütövlüyünə və suverenliyinə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Natiqlər Prezident İlham Əliyevin liderliyi ilə müstəqil Azərbaycanın yeni-yeni hədəflərə doğru inamla irəlilədiyini vurğulayıb, seçiciləri qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər də fevralın 7-də seçki məntəqələrinə gedərək Prezident İlham Əliyevə dəstək olacaqlarını və ona səs verəcəklərini bildiriblər.