YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zaqatala sakinləri sabitlik və inkişafa səs verəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Zaqatala rayonu Dağlı və Üçüncü Tala kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Zaqatala rayon təşkilatının sədr müavini Fərid Ramazanov, təşviqat qrupunun üzvləri Tahir Məmmədov, İbrahim İbrahimov, şəhid Milli Qəhrəman Natiq Məmmədovun atası Bəşir Məmmədov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev dövlət siyasətinin prioritetlərini milli maraqlar əsasında müəyyənləşdirir, cəmiyyətin sosial sifarişlərini mütləq nəzərə alır. Dövlət siyasətində ölkənin, xalqın maraqlarının ehtiva edilməsi xalq-iqtidar vəhdətini təmin edir. Uzunmüddətli daxili sabitliyə, sarsılmaz xalq-iqtidar həmrəyliyinə nail olunması ölkəmizin bütün sahələrdə uğurlar qazanmasını şərtləndirən fundamental amillərdən biridir. Ən böyük nailiyyət və misilsiz möhtəşəm Zəfər isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasıdır.

Budəfəki seçkilərin müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq respublikamızın bütün ərazilərində keçirilməsilə əlamətdar olduğu xüsusi qeyd edilib.

Natiqlər seçiciləri 7 fevral növbədənkənar prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Kənd sakinləri artıq seçimlərini etdiklərini, fevralın 7-də hamılıqla müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini bildiriblər.