YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şamaxı rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Şamaxı rayon Əngəxaran, Məlhəm və Çuxuryurd kənd seçiciləri ilə görüş keçirilib.

Görüşlərdə YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, təşviqat qrupunun üzvləri Şasəddin Mikayılov, Nəzakət Abdulrazaqova, Pərvin Şirəliyeva, Cavid İslamov, Abı Həsənov, Fuad Nəsirov şəhid ailəsi üzvü Sübhan Hüseynov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasəti nəticəsində ölkəmiz regionda mövqelərini daha da möhkəmləndirərək söz sahibinə çevrilib.

Qeyd olunub ki, Azərbaycan iqtisadi gücü, potensialı gündən-günə artan, beynəlxalq aləmdə dünya dövlətləri ilə əməkdaşlıq əlaqələrini genişləndirən etibarlı tərəfdaş, dilindən, dinindən asılı olmayaraq bütün xalqların birgəyaşayışına mühüm töhfə verən sülhsevər, tolerant, multikulturalizmin ünvanı olan ölkə kimi tanınır. Ölkəmizin zəngin enerji yataqlarına sahib olması, bunun nəticəsi olaraq respublikamızda neftlə bərabər qaz hasilatının da artması, iqtisadiyyatda qaz gəlirlərinin mühüm əhəmiyyət daşıması regionun lider dövləti olan Azərbaycanı daha böyük güc amilinə çevirir.

Natiqlər seçiciləri səsvermə günü fəal olmağa və qalib lider İlham Əliyevə səs verməyə çağırıblar.

Çıxış edən kənd sakinləri Azərbaycan xalqının Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəklədiklərini və seçki günü YAP-ın namizədinə səs verəcəklərini diqqətə çatdırıblar.