YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahbuzun Badamlı kəndində seçicilərlə görüş keçirilib

2024-cü il  fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar  Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Şahbuz rayonunun Badamlı kəndində seçicilərlə görüş keçirilib.

Görüşdə çıxış edən təşviqat qrupunun üzvü Tamleyxa Cəbiyev bildirib ki, qarşıdan gələn prezident seçkiləri xalqımız üçün böyük siyasi hadisədir. Seçkilərə Yeni Azərbaycan Partiyası “Qalib Xalqın Qalib Lideri” şüarı ilə gedir. Son iyirmi ildə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz böyük inkişaf yolu keçib. Ən böyük nailiyyətimiz isə ölkəmizin ərazi bütövlüyü və süverenliyimizin bərpa olunmasıdır. Azərbaycan xalqı bu seçkiləri Zəfər seçkisi kimi dəyərləndirir.

Görüşdə seçicilərdən Orxan Babayev, Azər Ağamalıyev və Süleyman Rzayev  çıxış edərək 7 fevral seçki məntəqəsinə gedərək Yeni Azərbaycan Partiyasının namizədi müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini vurğulayaraq hamını seçkilərə çağırıblar.