YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabirabadlı seçicilər YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Sabirabad rayonunda şəhid ailələri, müharibə veteranları və iştirakçıları, eləcə də rayonun Kürkəndi, Suqovuşan, Yastıqobu və Bulaqlı kəndindən olan seçicilərlə görüş keçirilib.

Görüşlərdə Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin atası Telman Mirzəyev, şəhid atası Fəzail Cəfərov, Vətən Müharibəsi qazisi Faiq Hüseynov, təşviqat qrupunun üzvləri  Güləndam Səmədova, Ərzuman Babaşov, Telman Qurbanov və Xanoğlan Əsgərov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, cənab Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın rəşadətli ordusu 30 illik işğala son qoyub. Düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, “Dəmir yumruq” əməliyyatı Azərbaycanın şanlı Qələbəsi ilə başa çatıb.

Natiqlər Azərbaycanın bundan sonra da demokratik dövlət quruculuğu, sabit iqtisadi və sosial inkişaf yolu ilə irəliləyəcəyinə inamlarını ifadə ediblər. Vurğulanıb ki, Ulu Öndərin layiqli davamçısı İlham Əliyevin 20 illik fəaliyyəti ərzində ölkəmizin qazandığı uğurlar Azərbaycanı dünyada hörmət edilən, söz sahibi olan dövlətə çevirib.

Seçicilər bu inkişafın, bu uğurların davamına-cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.