YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oğuz rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Oğuz rayonu Xalxal, Ərmənət və Xalxalqışlaq kənd seçiciləri ilə Xalxal kənd klubunda görüş keçirilib.

Görüşdə YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, təşviqat qrupunun üzvləri Aydın Babayev, Sənan Ramazanov, Fərman İbrahimov, Günel Abdullayeva çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Görüşdə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edilib. Bildirilib ki, son 20 ildə Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Ölkə rəhbərinin ən böyük qələbəsi və möhtəşəm Zəfəri isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasıdır.

Diqqətə çatdırılıb ki, müstəqillik tariximizdə ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisini əhatə edəcək. Bu baxımdan qarşıdan gələn prezident seçkiləri haqlı olaraq cəmiyyətimiz tərəfindən Zəfər seçkisi kimi dəyərləndirilir.

Natiqlər seçiciləri 7 fevralda keçiriləcək prezident seçkilərində fəal iştirak etməyə, qalib xalqın qalib Lideri, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı Xalxal, Ərmənət və Xalxalqışlaq kənd sakinləri adından çıxış edən  Rövşən Ağababayev və digərləri fevrarlın 7-də seçki məntəqələrinə gedərək xalqımıza Zəfər sevinci yaşadan Liderə - YAP prezidntliyə namizədi İlham Əliyevə səs  verəcəklərini bildiriblər.