YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Əliyevin strategiyası Azərbaycan dövlətini daha qüdrətli etməyə hədəflənib

Nəsimidə seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Nəsimi rayonunda seçicilərlə görüş keçirilib.

Görüşdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva, təşviqat qrupunun üzvləri Əvəz Ələkbərov, Nadir İsmayılov, Aydın Talışınski çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı dövlət başçısı İlham Əliyevin ona olan inamı, etimadı doğrultduğunu böyük qürur hissi ilə qeyd edir və ətrafında yumruq kimi birləşərək möhtəşəm uğurlara doğru inamla addımlayır. 20 ilin uğurlarının zirvəsində Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası dayanır.

İndi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib. Bütün bu hədəflərə nail olmaq üçün fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider İlham Əliyevi dəstəkləməyə çağırış edilib.  

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.