YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göyçaylıların seçimi bəllidir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Göyçay rayon Qarabaqqal, Hacalıkənd, Çayarxı kəndlərində yaşayan  seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov və şəhid atası Akif  Kərimov çıxış ediblər. Çıxışlarda Yeni Azərbaycan Partiyasının bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə getdiyi vurğulanıb. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən müdrik siyasətdən, tarixi Zəfərdən  geniş bəhs edilib.

Bildirilib ki, cənab İlham Əliyev bütün vədlərini yerinə  yetirərək xalqın sevgisini, etimadını, rəgbətini qazanıb və söz verdiyi kimi, hər bir azərbaycanlının Prezidenti olmağı bacarıb.

Diqqətə çatdırılıb ki, qarşıdan gələn prezident seçkiləri haqlı olaraq cəmiyyətimiz tərəfindən Zəfər seçkisi kimi dəyərləndirilir. Çünki bu seçki müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq respublikamızın bütün ərazisində keçiriləcək. Bu seçkini digərlərdən fərqləndirən, əlamətdar edən məhz bu amildir.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək hər zaman xalqın yanında olan, ölkəsinin uğurları üçün daim çalışan qalib Lider cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.